...

“Azərkosmos”un xidmət ixracından gəliri 42 milyon dolları ötüb

Telekommunikasiya Materials 30 Dekabr 2021 12:57 (UTC +04:00)
“Azərkosmos”un xidmət ixracından gəliri 42 milyon dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC dünyanın 41 ölkəsinə 42,3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin noyabr ayında “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 3,3 milyon dollar dəyərində xidmət ixrac edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti