...

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılıb

Telekommunikasiya Materials 6 Avqust 2022 12:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə “Azercell”in açıqlamasında deyilir.

"Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, “Azercell Telekom” MMC Respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır. Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri “Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər," - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti