Bakı. Trend:
Biznesin inkişafının gələcəyi rəqəmsallaşdırmadadır.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı "McKinsey & Company" şirkətinin tərəfdaşı Murat Gürsoy "Baku CEO Summit" beynəlxalq tədbirində deyib.
Onun sözlərinə görə, gələcəkdə rəqəmsallaşma sektoruna trilyonlarla dollar sərmayə qoyulacaq.
"İkinci vacib amil biznesin dayanıqlı inkişafıdır. Bu istiqamətdə rəqəmsallaşma böyük rol oynayır. Həmçinin "McKinsey" proqnozlaşdırır ki, əmək bazarı qlobal dəyişikliklərə məruz qalacaq. Qlobal nöqteyi-nəzərdən biznes kadr köçünün qarşısını almağa yönəlmiş əmək münasibətləri proqramlarının yaradılması üzərində işləyir", - deyə o bildirib.