...

2005-2006-CI İLLƏRDƏ CATEL RABİTƏ SAHƏSİNƏ 10 MİLYON DOLLARDAN ARTIQ İNVESTİSİYA QOYACAQ

Telekommunikasiya Materials 18 Avqust 2005 18:01 (UTC +04:00)

Azərbaycan-Amerika Birgə Müəssisəsi olan Catel (Caspian American Telecommunications, LLC) Azərbaycanda rabitə sahəsinə 10 milyon dollardan artıq vəsait qoymaq niyyətindədir. BM-nin icraçı direktoru Sadıq Hümbətovun Trend ə verdiyi məlumata görə, investisiyaların ümumi həcmindən 10 milyon dollar OPİC-in (Overseas Private İnvestment Corporation) payına düşür ki, bu şirkət yaxın günlərdə ölkənin regionlarında mobil rabitənin genişləndirilməsi üçün BM-yə vəsait ayırmaq qərarına gəlib.

Onun sözlərinə görə, bu vəsaitlərdən başqa, xidmət sahəsində BM diler şirkətlərə daha bir neçə milyon vəsait qoymağı planlaşdırır. "Yuxarıda göstərilən işlərin yerinə yetirilməsi bütün ölkədə yüzlərlə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq", -deyə S.Hümbətov bildirib. Ötən il Catel telekommunikasiya sahəsinə 4 milyon dollardan artıq vəsait qoymuşdu.

Xəbər lenti

Xəbər lenti