...

SENTYABRDAN MOLDOVA İLƏ MTF/STEFI SİSTEMİ ÜZRƏ POÇT PUL KÖÇÜRMƏLƏRİ MÜMKÜNDÜR

Telekommunikasiya Materials 19 Sentyabr 2005 16:44 (UTC +04:00)

Cari ilin sentyabr ayından Moldova ilə MTF/STEFI sistemi üzrə ikitərəfli poçt pul köçürmələri mümkündür. Bu barədə Trend ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat şöbəsindən xəbər verilib.

Nazirlikdə qeyd ediblər ki, hazırda eyni məqsədlə Fransa ilə danışıqlar aparılır. "İlin sonuna kimi MTF/STEFI sistemi üzrə poçt pul köçürmələrinin tətbiqinə dair sazişin imzalanması planlaşdırılır", - deyə dövlət strukturunda bildirilib.

Bundan başqa, bu tədbirlərin Orta Asiya ölkələri - Özbəkistan, Tacikistan, Qırğızıstanla həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, nazirlik Yaponiya ilə də bu sahədə danışıqlar aparır. Lakin Yaponiya tərəfinin şərtləri ilə əlaqədar hələlik razılıq əldə olunmayıb.

Hazırda Azərbaycan Moldovadan başqa Rusiya, Belorus, Ukrayna və Qazaxıstanla MTF/STEFI sistemi üzrə pul köçürmələri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti