...

Azərbaycan CeVİT-2006 İT texnologiyaları sərgisində iştirak edir

Telekommunikasiya Materials 9 Mart 2006 16:00 (UTC +04:00)

Azərbaycan martın 9-da Hannoverdə başlamış hər il keçirilən beynəlxalq CeVİT-2006 İT texnologiyaları sərgisində iştirak edir. Rabitə və informasiya texnologiyaları nazirliyindən Trend ə verilən məlumata görə, sərgidə Azərbaycanı Sinam, Aztelekom, AtaTexnologiya, Ultra və Azersat şirkətləri təmsil edir.

Nazirlikdən tədbirdə nazir müavini İltimas Məmmədov, nazirin WSIS (World Summit on the Information Society) məsələləri üzrə müşaviri, Sinam şirkətinin rəhbəri Elçin Əliyev iştirak edir.

Azərbaycanın tədbirdə iştirak payının 50%-i rabitə nazirliyi tərəfindən təmin olunur. CeVİT-2006 öz işini martın 15-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti