...

Rabitə Nazirliyi Bakı qəsəbələrinin inkişafı proqramını hazırlayıb

Telekommunikasiya Materials 17 Mart 2006 17:54 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi martın 17-də Goradil qəsəbəsində müasir avadanlıq və informasiya texnologiyaları ilə təchiz olunmuş yeni poçt bölməsi açıb. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Məlumata görə, bu bölmənin tikintisi "Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər proqramı"nın təsdiqlənməsi haqqında Azərbaycan prezidentinin sərəncamı çərçivəsində həyata keçirilib. Bu sərəncamdan sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq həyata keçirməyə başladığı xüsusi Fəaliyyət Planı hazırlayıb.

Xəbər lenti

Xəbər lenti