...

Azərbaycan və Qazaxıstan fibrooptik magistralın inşasına dair danışıqlar aparır

Telekommunikasiya Materials 3 Aprel 2006 16:38 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə Trans-Asiya-Avropa (TAA) fibrooptik magistralının inşasına dair danışıqlar aparır. Bu barədə Trend ə Aztelekom İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq bir sıra şirkətlərdən bu kabelin çəkilməsi ilə bağlı təkliflər daxil olub. "İşlərin həyata keçirilməsi üçün həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən sazişə nail olmaq lazımdır. Bizdə işlərin bir hissəsinin özümüz, digər hissəsinin isə Qazaxıstan tərəfindən həyata keçirməsi ilə bağlı təkliflər var. Bu işdə Azərbaycanın üstünlüyü ondadır ki, ölkədə kabelin çəkilməsi üçün gəmi var" -deyə müəssisə rəhbəri qeyd edib.

Məmmədov ümid etdiyini bildirib ki, 2006-cı ildə layihəyə dair müqaviləyə nail olunacaq.

İnşa iki istiqamətdə -Batumi-Riza və Siyəzən-Aktau istiqamətində aparılmalıdır. Layihə həyata keçirildiyi təqdirdə Azərbaycan əsas tranzit ölkəsi olacaq və Qərbi Avropa, Orta Asiya və Çin ilə sürətli rabitə imkanı əldə edəcək. Bu gün Azərbaycanda yalnız 10% fibrooptik xətdən istifadə olunur.

Xəbər lenti

Xəbər lenti