...

Bakıda İnformasiya Texnologiyaları Universitetinin yaradılması prosesi müzakirə olunacaq

Telekommunikasiya Materials 21 İyul 2006 14:48 (UTC +04:00)

İyulun 22-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və təhsil naziri Misir Mərdanovun iştirakı ilə Azərbaycanda informasiya texnologiyaları universitetinin yaradılması çərçivəsində görülən tədbirlərin cari vəziyyətinin müzakirəsi planlaşdırılır. Bu barədə Trend ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Müzakirələrdə İsveçrə İT institutunun (Çalmer) nümayəndələri iştirak edəcək. Azərbaycanda universitetin yaradılması layihəsi ölkə ilə bu sahədə əməkdaşlıqda maraqlı olan Çalmer universitetinin mütəxəssisləri ilə birgə hazırlanıb.

Əli Abbasovun 21 yanvar 2006-cı il tarixli sərəncamı ilə universitetin təsis edilməsi üzrə təşkilat komitəsi yaradılıb. Komitənin tərkibi və məqsədləri müəyyən edilib. Rabitə nazirinin müavini İltimas Məmmədov və təhsil nazirinin müavini Elmar Qasımov Komitənin rəyasət heyətinin həmsədrləridir. Artıq Universitetin təsis olunması üzrə inzibati-hüquqi baza sistemləşdirilib.

Xəbər lenti

Xəbər lenti