...

Orbitdə Azərbaycan sputniki üçün yer müəyyənləşdirilir

Telekommunikasiya Materials 26 İyul 2006 13:24 (UTC +04:00)

Hazırda orbitdə 2008-ci ildə buraxılacaq Azərbaycan sputniki üçün yerin müəyyənləşdirilməsi üzrə danışıqlar aparılır. Trend in ANS telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu layihəyə qoyulacaq sərmayələrin həcmi təxminən 80 mln. ABŞ dolları məbləğində nəzərdə tutulub. Sputnikin istismarı üzrə xərclər 3-5 il ərzində çıxarılacaq. Onun 15 il işləyəcəyi nəzərdə tutulub.

Azərbaycan hazırda Türkiyə və Avropa sptuniklərindən istifadə edir. Bundan başqa, Qazaxıstan da həmçinin bu yaxında buraxdığı sputnikdən istifadə etməyi Azərbaycana təklif edib.

Xəbər lenti

Xəbər lenti