...

"Azercell Telekom" MMS xidmətindən istifadə haqqını endirir

Telekommunikasiya Materials 31 Avqust 2006 15:45 (UTC +04:00)

2006-cı il sentyabrın 1-dən "Azercell Telekom" müştərək müəssisəsi MultiMesajCELL (MMS) xidmətindən istifadə haqqını 50% endirir. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətdən bidirilib.

Bu tarixdən etibarən MMS-dən istifadə haqqı "SimSim", "BizdənBizə" tarif paketləri üçün 22 kontur, "GəncSim" paketi üçün 16 kontur, bütün fakturalı xətt Azercell abonentləri üçün 10 qəpik (ƏDV xaric) səviyyəsində müəyyənləşib.

2006-cı il martın 2-dən elan olunmuş MMS-SMS tariflərinin endirim kampaniyası başa çatıb. Adıçəkilən kampaniya əvvəlcə 2006-cı il aprelin 30-dək nəzərdə tutulsa da, sonradan kampaniyanın müddəti 2006-cı il avqustun 31-dək uzadılmışdı.

"Azercell Telekom" MM öz abonentlərinə MultiMesajCELL xidmətini 2004-cü il sentyabrın 15-dən təqdim etməkdədir. Bu xidmət Azercell abonentlərinə standart SMS-lə göndərilə bilinməyən iri həcmli ismarıcların, o cümlədən şəkil və musiqili kliplərin mübadləsini aparmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti