...

Azərbaycanda internet istifadəçilərinin sayı 800 mindir

Telekommunikasiya Materials 21 Sentyabr 2006 15:37 (UTC +04:00)

Azərbaycanda İnternet istifadəçilərin sayı 700 mindən 800 min arasında dəyişir. Trend in xəbər verdiyi kimi, bu barədə Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin dövlət qurumları fəliyyətinin koordinasiyası şöbəsinin müdiri Əflatun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ölkədə hər 100 nəfərə 6-7 kompüter düşür. Azərbaycanda mobil rabitədən istifadə göstəricisi hər 100 nəfərə 30 telefon təşkil eir. Ölkədə telefonlaşdırma faizi 60%-i keçir. Rabitənin elektronlaşdırılması indeksi isə 70%-ə bərabərdir.

2005-2008-ci illər üçün Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində yeni rabitə texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir.

"Hazırda ümumi rabitə payında yeni xidmətlərin, xüsusilə, üçüncü nəsil rabitəsinin payı 5% təşkil edir", - Ə. Məmmədov vurğulyaıb.

Xəbər lenti

Xəbər lenti