...

Azərbaycanın Rabitə Nazirliyi yeni ATS quraşdıracaq

Telekommunikasiya Materials 22 Sentyabr 2006 18:21 (UTC +04:00)

Aztelekom İB-in Quba Telekommunikasiya Qovşağı Əlik kəndində 64/30 nömrə, Xınalıq kəndində isə 128/ 30 nömrə tutumlu yeni elektron ATS-in quraşdırılması üzrə sorğu elan edib. Trend in xəbər verdiyi kimi, təkliflər sentyabrın 30-dək TKQ-də qəbul olunur.

Analoji işlər Abşeron TKQ üzrə də həyata keçiriləcək. Yuxarı Güzdək kəndində 512/60 nömrə tutumlu yeni EATS-in inşası planlaşdırılır.

Maraqlı olan şəxslərin təklifləri oktyabrın 15-dək qəbul olunur.

Bu işlər 2006-2008-ci illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramı (Elektron Azərbaycan) və ölkə regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti