Azərcell Telecom mobil operatoru Azeronline şirkətilə bərabər yeni - MobileBirja özəl elanlar xidmətini təqdim edir. Trend Azercell şirkətinə istinadən xəbər verir ki, xidmət abunəçilərə elanların www.birja-vdv.az saytında ("Birja" qəzetinin internet-versiyası) yerləşdirmək imkanını verir.
Elanınızı yerləşdirmək üçün elanın mətnini SMS vasitəsilə 9015 nömrəsinə göndərmək kifayətdir. Hər bir elana görə tarif ƏDV-siz 1,20 AZN və ya 325 kontur təşkil edir.
Azercell Telecom birgə müəssisəsinin əsası 19 yanvar 1996-cı ildə qoyulub. Şirkətin ilk təsisçiləri Türkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi olub. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə başlayıb və abunəçilərə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təklif edib. 1998-ci ildə əvvəlcədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından isə gənc tarif planı - GəncSim tətbiq olunub.