...

Azərbaycanda Ümumdünya Poçt Günü qeyd olunur

Telekommunikasiya Materials 9 Oktyabr 2006 18:54 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatı sistemində bu gün "Ümumdünya Poçt Günü" kimi qeyd olunur. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, Poçt günü ölkənin poçt rabitəsi işçiləri tərəfindən də qeyd olunub. Bakının Mərkəzi Poçt Bölməsində görüş keçirilib. Görüşdə poçt sahəsində hazırki vəziyyət, onun inkişaf perspektivləri müzakirə olunub, bir sıra məruzələr dinlənilib.

Bu gün 1974-cü ildə "Ümumi poçt ittifaqı" adı altında baş poçtmeyster Genrix fon Stefanın təşəbbüsü ilə, eyni zamanda, "Ümumi vahid poçt müqaviləsi" qəbul olunub. 1878-ci ildə onlar müvafiq olaraq Ümümdünya Post İttifaqı (ÜPİ) və "Ümumdünya poçt konvensiyası" adlandırılıb. Nəticədə beynəlxalq poçt rabitəsində ayrı-ayrı xidmət növləri üzrə bir çox beynəlxalq (əlavə) sazişlər qəbul olunub.

1947-ci ildən ÜPİ BMT-nin ixtisaslaşmış idarəsi statusunu alıb. Təşkilatın əsas vəzifələri eyni beynəlxalq poçt rabitələrini yaratmaq və Ümumdünya Poçt Konvensiyası və əlavə sazişlər vasitəsi ilə beynəlxalq poçt mübadiləsini asanlaşdırmaq, ittifaqa üzv dövlətlər arasında poçt sahəsində əməkdaşlığa yardım etmək, beynəlxalq poçt rabitəsi (tranzit xərclər də daxil olmaqla) üzrə tarifləri müəyyən etmək, ittifaq üzvləri arasında mübahisəli məsələləri nizamlamaqdır.

Ümumdünya Poçt Konqressi ÜPİ -nin ali orqanıdır. Hər 5 ildən bir çağrılan konqresdə ittifaqa üzv olan bütün dövlətlər yeni səviyyədə təmsil olunurlar. XXII Ümumdünya Post Konqressi 2008-ci ildə avqustun 13-dən sentyabrın 3-dək Nayrobi şəhərində (Keniyada) keçiriləcək. 2006-cı ilin yanvar ayına olan vəziyyətə görə, İttifaqa 190 ölkə üzvdür. Azərbaycan isə 1993-cü ilin aprel ayından ÜPİ-yə üzv seçilib.

Xəbər lenti

Xəbər lenti