...

"Elektron Şamaxı" pilot layihəsi üzrə tender yekunlaşdırılıb

Telekommunikasiya Materials 17 Oktyabr 2006 18:29 (UTC +04:00)

"Elektron Şamaxı" pilot layihəsi tenderinin qalibləri müəyyən olunub. Trend xəbər verir ki, tenderin mövzusu Şamaxıda NGN (Next Generation Network) pilot şəbəkəsinin yaradılması olub. Birinci yeri Sloveniyanın İskratel, ikinci yeri Çinin Huawei, üçüncü yeri Fransanın Alkatel, dördüncü yeri isə Britaniyanın Azeurotel şirkəti tutub.

Xəbər verildiyi kimi, Aztelekom İstehsalat Birliyi (İB) ilin sonunadək bu bölgədə NGN texnologiyalarının tətbiqini nəzərdə tutan pilot layihəni reallaşdırmağa başlamağı planlaşdırır. Layihə reallaşdırıldıqdan sonra Şamaxının hətta ən ucqar kəndinin sakinləri NGN rabitəsinin bütün xidmətlərindən istifadə edə bilərlər.

İşlər uğurla bitərsə, şəbəkə Azərbaycanın digər bölgələrində də yayılacaq.

Bakıda bu texnologiya ötən il Çinin Huawei şirkətindən alınmış avadanlıq hesabına ilk dəfə Bakı Telefon Rabitəsi İB (BTRİB) abunəçilərinə təqdim olunub.

NGN (növbəti nəsil şəbəkəsi) paket kommutasiyalarından istifadə etməklə nitqin, təsvirin və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş universal çoxməqsədli şəbəkədir.

NGN şəbəkəsi müxtəlif növlü telekommunikasiya trafiki üçün lazım olan xidmət keyfiyyətini təmin edir. Bu texnologiyanın tətbiqi abunəçilərə VoİP- telefoniya, səsli poçt, məlumatların ötürülməsi xidmətləri, multimediya xidmətləri, virtual özəl şəbəkələr, vahid şəklə salınmış məlumat mübadiləsi, ani məlumat mübadiləsi, interaktiv nitq cavabı sistemi xidmətləri, interaktiv oyunlar, videokonfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti