...

Azərbaycan "VımpelKom" üçün ən prioritet rabitə bazarlarından biridir

Telekommunikasiya Materials 22 Noyabr 2006 13:07 (UTC +04:00)

Azərbaycan MDB dövlətləri arasında "VımpelKom" ASC-i üçün ən prioritet rabitə bazarlarından biridir. Trend Praym-TASS-a istinadən xəbər verir ki, bu haqda ASC-nin icraçı vitse-prezidenti Nikolay Pryanişnikov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, şirkət Azərbaycanla yanaşı Moldaviya və Gürcüstanın rabitə bazarında iştirakda maraqlıdır.

"VımpelKom" şirkəti Rusiyada "Bilayn", Qazaxıstanda Beeline, K-mobile və EXCESS ticarət markası altında, Ukrayna, Özbəkistan, Tacikistan və Gürcüstanda yeni əldə olunan operatorlarla öz xidmətlərini təklif edən ən mühüm mobil rabitə operatorlarından biridir.

Əvvəllər Rusiyada ən böyük xidmət-texnologiya holdinqi olan AFK "Sistem" yaxın vaxtlarda Azərbaycanda biznes qurmaq niyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti