...

Azercell Telecom MM Pakistanın Telenor şirkəti ilə rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 30 Noyabr 2006 11:54 (UTC +04:00)

Azərbaycanın Azercell Telecom mobil operatoru növbəti dəfə rouminq sazişi imzalayıb. Trend in şirkətin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, yeni saziş Pakistanın Telenor operatoru ilə imzalanıb.

Bu, Pakistanın mobil şirkətləri ilə imzalanmış sayca 4-cü rouminq sazişidir. Artıq Azercell abunəçiləri Pakistanın Paktel, Pak Telecom Mobile Ltd və Warid Telecom (Pvt) Ltd. operatorlarının xidmətlərindən istifadə edir.

Bu günədək Azercell dünyanın 135 ölkəsinin mobil rabitə operatorları ilə 304 rouminq sazişi bağlayıb.

Azercell Telecom MM 19 yanvar 1996-cı ildə yaradılıb və 15 dekabr 1996-cı ildə fəaliyyətə başlayıb. İlk təsisçiləri Türkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyidir.

Xəbər lenti

Xəbər lenti