...

HP 2007-ci ildə MDB məkanında iş planlarını açıqlayıb

Telekommunikasiya Materials 19 Dekabr 2006 20:49 (UTC +04:00)

Hewlett Packard (HP) - korporativ sifarişçi və son istifadəçilər üçün əsas texnologiyaların dünya tədarükçüsü MDB ölkələri bazarı üzrə 2007-cı il üçün planlarını açıqlayıb. Bu barədə Trend xəbər verir.

2006-cı ildə şirkətin MDB üzrə fəaliyyət yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında MDB ölkələrində HP təsvirlərin çapı və işlənməsi departamenti və personal kompüter sistemləri departamentinin rəhbəri Sergey Plaksin bildirib ki, 2007-ci ildə şirkət onun biznesinin artmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, həmçinin şirkətin coğrafi təsir dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə kömək edəcək sosial yönümlu layihələrdə fəal iştirak etməyi planlaşdırır.

Hazırda HP avadanlıq və proqram təminatının daxil olduğu müasir texnologiyaların xüsusi paketinin təhsil nazirliklərinə təqdim olunması proqramını hazırlayıb. Bu proqram Təhsil Nazirliklərinə proqram-aparat kompleksləri üzərində daxili yoxlamalar və tədqiqatlar aparmağa, eyni zamanda təhsil müəssisələrinin müəllim heyəti arasında informasiya texnologiyalarından istifadəyə dair ixtisasartırma kursları keçirməyə imkan verir. Bununla yanaşı, şirkət MDB ölkələrinin təhsil və elm təşkilatları ilə qarşılıqlı əməkdaşlığa dair University relations (UR) proqramının inkişaf etdirilməsini planlaşdırır. Bu proqramın əsas məqsədi - yeni texnologiyaların inkişafına istiqamətlənmiş birgə layihələrin reallaşdırılması yolu ilə elm və təhsil qurumlarının dəstəklənməsidir.

Proqram çərçivəsində HP MDB-də aparıcı dövlət universitetləri və bir sıra başqa elm və tədris təşkilatları ilə əməkdaşlıq edəcək.

Bundan başqa, HP MDB ölkələrində - Qazaxıstanda, Azərbaycanda, Ukraynada və Özbəkistanda "Elektron hökümət" dövlət proqramlarını fəal şəkildə dəstəkləməyə davam edəcək. Əməkdaşlıq çərçivəsində bir sıra hökümət və dövlət təşkilatları HP-nin tamhəcmli kompleks texnologiya və konsaltinq həlləri ilə təmin olunacaq. 2007-ci ildə telekommunikasiya sahəsindəki layihələrə xüsusi önəm verəcək və səs bağlantısı, verilənlərin ötürülməsi, eləcə də digər yeni nəsil xidmətlərinin bütöv kompleksinin hazırlanmasına və inkişafına təkan verən Open Call həllərinin tətbiqinə davam edəcək. Ukraynada 2005-ci ilin ikinci yarısında start götürmüş HP-nin fərdi kompüterlərinin istehsalının inkişafı davam etdiriləcək.

Ötən ilin nəticələri ilə müqayisədə, 2006-cı ildə şirkətin MDB üzrə gəlirləri 36% artıb.

Xəbər lenti

Xəbər lenti