...

BTRİB yeni NGN stansiyasını istismara verib

Telekommunikasiya Materials 23 Dekabr 2006 14:45 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı telefon şəbəkəsində yeni ATS-lərin quraşıdırlması üzrə işlər görür. Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, müəssisə Xətai Telekommunikasiya Qovşağının köhnə analoq 461/62/63 ATS-lərini yeni müasir 561/562/563 NGN EATS-lərə dəyişib. Burada telefon nömrələrinin tutumu 28 min təşkil edir. Bu tədbir ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunub.

Hazırda abunəçi nömrələrinin analoq stansiyalardan yeni -elektron stansiyalara köçürülməsi prosesi başa çatır.

Rabitə Nazirliyində hesab edirlər ki, 2007-ci ilin birinci yarısına qədər Bakının bütün telefon rabitəsi 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramı çərçivəsində yenidən qurulacaq.

Xəbər lenti

Xəbər lenti