...

Dubay firması kompüter və IT texnikasına həsr olunmuş sərgi keçirəcək

Telekommunikasiya Materials 12 Yanvar 2007 16:53 (UTC +04:00)

"CeBiT" Dubay sərgi firmasının MDB ölkələri üzrə şöbəsi (CiS) - CeBiTCiS 2007-ci il iyulun 9-12-də Bakıda Heydər Əliyev adına İdman Sarayında kompyuter və IT texnikasına həsr olunmuş beynəlxalq sərgi keçirmək barədə niyyətini bildirib. Bu barədə Trend xəbər verir.

Firmanın Azərbaycandakı nümayəndəsi Sexer Xaqquinin sözlərinə görə, bu sərgidə iştirak etmək barədə 65 şirkət öz istəyini bildirib, bunlardan 22-si İrana, 8-i Azərbaycana, 3-ü Amerikya, 4-ü Fransaya məxsus və s. şirkətlərdir.

Sərgidə iştirak etmək üçün yalnız Ermənistan firmaları dəvət almayıb.

Sərgi üçün planlaşdırılmış 2500 kv. m. sahənin 1800 km. m. artıq icarəyə götürülüb.

S.Xaqqui bildirib ki, Bakı ona görə seçilib ki, buradan dünyanın bütün nöqtələrinə dəmir yolu, aviasiya və avtomobil yolları gedir, əhalinin 60 faizi ali təhsillidir, əksəriyyəti rus dilini bilir, əhalinin 62 faizi mobil telefondan və 35 faizi İnternetdən istifadə edir.

Bu sərginin keçirilməsinə Azərbaycan Rabitə Nazirliyi tərəfindən dəstək verilir.

Xəbər lenti

Xəbər lenti