...

Azərbaycanın radio tezliklər üzrə dövlət idarəsinin yeni başçısı təyin olunub

Telekommunikasiya Materials 18 Yanvar 2007 18:58 (UTC +04:00)

Radio tezliklər üzrə dövlət idarəsinin (RDİ) yeni başçısı təyin olunub. Trend xəbər verir ki, Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sərəncamı ilə bu vəzifəni Əflatun Məmmədov tutub. İdarənin əvvəlki başçısı Məmməd Eyvazov başqa işə keçməsi səbəbindən tutduğu vəzifədən azad olunub.

Əflatun Məmmədov Ç.İldırım adına Politexnik universitetini "Elektrotexnika" ixtisası üzrə bitirib. 1986 -cı ildə nazirliyin müəssisələrində birində laboratoriya mühəndisi qismində əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Türkiyənin Mərmərə Universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. Müxtəlif illərdə bir sıra özəl IT şirkətlərdə rəhbər vəzifələr tutub.

1999-cu ildən o, Rabitə Nazirliyində rəhbər vəzifələrdə çalışır: nazirin texniki məsələlər üzrə müşaviri, telekommunikasiya şöbəsinin müdiri.

RDİ başçısı vəzifəsinə yeni təyinatına qədər o, Rabitə Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Xəbər lenti

Xəbər lenti