...

"Aztelekom" avadanlıq alınması üçün kotirovkaların sorğusunu elan edib

Telekommunikasiya Materials 31 Yanvar 2007 11:24 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyi (İB) avadanlıq alınmsı üzrə kotirovkaların sorğusunu elan edib. İB-yə istinadən Trend xəbər verir ki, sorğu 20 dəst HDSL avadanlığının və 10 regenerator avadanlığının alıması üçün elan edilib.

Təkliflər fevralın 6-na qədər qəbul ediləcək.

Əlavə informasiyanı "Aztelekom"un katirovka komissiyasından almaq olar.

"Aztelekom" respublika ərazisi və NMR-də beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. İB ixtiyarında 54 telekommunikasiya müssisəsi, Bakı Beynəlxalq Telefon Şəbəkəsi, Kabel Magistral Texniki Şəbəkə və Təmir-Tikinti İdarəsi var.

Xəbər lenti

Xəbər lenti