...

Latviyanın elektron idarəetmə işlərində xüsusi tapşırıqlar üzrə nazirinin Bakıya səfərinin ilkin tarixi elan olunub

Telekommunikasiya Materials 8 Fevral 2007 17:57 (UTC +04:00)

Latviyanın elektron idarəetmə işlərində xüsusi tapşırıqlar üzrə naziri İne Qudele Azərbaycana 2007-ci ilin matrtında səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Səfər çərçivsəində o, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər süzakirə olunacaq.

İne Qudele 1964-cü ildə anadan olub. Riqa Politexnik İnstitutunda mühəndis-inşaat fakultəsində su təchizatı və kanalizasiya ixtisası üzrə təhsil alıb. Lattelekom MMC-də marketinq şöbəsində marketinq münasibətləri layihəsinin rəhbəri, Latviya İnternet Assosiasiyasında icraçı direktor, Dövlət dəftərxanasında informasiya bürosunun rəhbəri vəzifələrində çalışıb.

2005-ci ilin yanvarından elektron idarəetmə işlərində xüsusi tapşırıqlar üzrə nazirlikdə katiblik rəhbəri olub.

2006-cı ilin aprelin 8-dən Latviyanın elektron idarəetmə işlərində xüsusi tapşırıqlar üzrə naziridir.

Ailəlidir, iki övladı var.

Xəbər lenti

Xəbər lenti