...

Azercell WAP, GPRS və MMS xidmətləri üçün avtomatik seçənək daxil edir

Telekommunikasiya Materials 16 Fevral 2007 16:54 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azərcell Telecom BM Telefonlar üçün avtomatik seçənək üzrə yeni xidmət təqdim edib. Bu barədə Trend BM-ə istinadən xəbər verir. İndi ADC xidməti vasitəsilə (telefonlar üçün avtomatik seçənək) WAP, GPRS və MMS xidmətləri - avtomatik olaraq qoşulur. Yeni abunəçi və ya telefonunu dəyişmək istəyən şəxs GPRS, WAP və MMS seçənəklərini avtomatik almaq üçün SIM-kartı telefona daxil etməsi kifayətdir. Seçənəyi telefonda saxlamaq üçün yalnız düyməni basmaq lazımdır (Seçənəklər SİM- kartda deyil, telefonun yaddaşında saxlanılır).

Əgər telefon artıq Azercell şəbəkəsində istifadə edilirsə, ancaq hələlik GPRS, WAP və MMS seçənəkləri telefonda quraşdırılmayıbsa, seçənəkləri əldə etmək üçün sadəcə olaraq 9595 nömrəsinə boş SMS göndərmək və ya Atatürk prospekti, 2 ünvanında yerləşən "Smart Solution" Xidmət Mərkəzinə müraciət etmək lazımdır.

9595 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 0,01 AZN və ya 2 konturdur.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti