...

Azərbaycanın rabitə naziri ABŞ-a yola düşüb

Telekommunikasiya Materials 24 Fevral 2007 14:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun başçılığı altında nümayəndə heyəti ABŞ-a yola düşüb. Bu barədə bu gün nazirlikdən məlumat verilib. Səfər fevralın 24-dən martın 4-dək davam edəcək.

Səfər çərçivəsində nazir 27-28 fevral tarixində Santa -Klarada keçiriləcək informasiya-kommunikasiya texnologiyalarının (GAID) Qlobal Alyansının sammitində iştirak edəcək. Sammitdə nazir Azərbaycanda informasiya texnologiyalarının cari vəziyyətinə, islahat və inkişaf perspektivlərinə aid məruzə ilə çıxış edəcək. Daha sonra nümayəndə heyətinin üzvləri Berkli universitetində ABŞ biznes dairələrinin forumunda iştirak edəcək. Forumda alim-kibernetik Lütfi Zadənin də iştirakı gözlənilir. Görüşdə elm və təhsil sahəsində IT tətbiqində dünya təcrübəsi müzakirə ediləcək, Microsoft, Cisco System və başqa korporasiyaların rəhbərləri ilə görüşlər keçiriləcək. Martın 1-də San-Xosedə IT üzrə II Azərbaycan-Amerika biznes-forumu keçiriləcək. Biznes-forumda Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti kimi regional innovasiya zonasının yaradılmasının müzakirəsi planlaşdırılıb. Bu mövzuda məruzə ilə Ə.Abbasov çıxış edəcək. Məruzəçilər arasında Sinam, Ultra, AZEL şirkətlərinin rəhbərləri - Elçin Əliyev, Tahir Mirkişili, İqor Yakovenko, Microsoft və Cisco Azərbaycan ofislərinin rəhbərləri Vladimir Çaykovski, İlyas Naibov-Əylisli, Azərbaycan İnternet Cəmiyyətinin prezidenti Qalib Qurbanov var. Səfər çərçivəsində Kaliforniya Universiteti (University of California, Los Angeles - UCLA) və San-Xose Dövlət Universitetləri ilə (San Jos e State University SJSU) "Əməkdaşlıq haqqında" memorandumun imzalanması planlaşdırılıb. Memorandum tərəflər arasında təcrübə mübadiləsi, IT sahəsində ixtisaslaşdırılmış kadralın hazırlanmasına dəstək, birgə layihələrin həyata keçirilməsi, Azərbaycan tələbələrinin güzəştli əsasla bu ali təhsi məktəblərində təhsil almaq imkanını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti