...

2006-cı ildə Azərcell-in investisiyaları təqribən 120 mln. manat təşkil edib

Telekommunikasiya Materials 6 Mart 2007 18:18 (UTC +04:00)

Azərbaycan. Bakı/ Trend müxbir S.Babayeva/ Azərcell Telecom BM-in direktoru Həlim Atəşin verdiyi məlumata görə, 2006-cı ildə Azərbaycanın mobil rabitə sektorunun inkişafına ayrılmış Azərcell investisiyalarının həcmi təqribən 120 mln. manat təşkil edib. 2007-ci ildə də eyni miqdarda vəsaitin investisiyalara ayrılması nəzərdə tutulub. Azərbaycanda fəaliyyət göstərdiyi 10 il müddətində ayrılmış investisiyaların ümumi həcmi isə 460 mln. manatdır.

"Azərcell əvvəlki kimi qeyri-neft sektorunda ən böyük investor olaraq qalmaqda davam edir", - deyə şirkət rəhbəri bəyan edib.

2006-cı ildə şirkət işçilərinin təkmilləşdirilməsi məsələlərinə 550 min manat vəsait ayırıb. Kadr Günləri Proqramları çərçivəsində şirkət 10-a yaxın universitetin məzunları sırasından 30 yeni işçini əməkdaşlığa cəlb edib.

Vergi məsələlərinə gəldikdə isə BM rəhbəri bildirib ki, 2006-cı ildə müəssisə dövlət büdcəsinə təqribən 60 mln. manat vəsait ödəyib ki, bu da ümumi büdcənin 2 faizini təşkil edir. 10 il ərzində isə bu ödənişlər 275 mln. manat olub.

Bu dövr ərzində şirkətin Azərbaycanın sosial həyat sahəsinə ayırdığı vəsaitlər 1,9 mln manat, 10 il ərzində isə 4,6 mln manat olub.

Xəbər lenti

Xəbər lenti