...

Nazir:Azərbaycanda yerli danışıqlara abunəçi ödəmələrinin artırılması enerji daşıyıcıları qiymətlərinin artımı ilə əlaqədar deyil

Telekommunikasiya Materials 19 Mart 2007 15:18 (UTC +04:00)
Nazir:Azərbaycanda yerli danışıqlara abunəçi ödəmələrinin artırılması enerji daşıyıcıları qiymətlərinin artımı ilə əlaqədar deyil

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanda yerli danışıqlara abunə ödəmələrinin artması qərarı enerji daşıyıcıları qiymətlərinin artımı ilə əlaqədar deyil. Bu barədə bü gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Tariflərin artmasından sonra rabitə sahəsində xərclər hər il orta hesabla 2-2,5 mln. manat artıb və bu, ümumi xərclər həcmində nəzərə çarpacaq dərəcədə deyil", deyə nazir qeyd edib.

"Müxtəlif şirkətlər (əsasən də özəl) tərəfindən təqdim olunan xidmətlərin növ müxtəlifliyi artır və hesab edirik ki, bütün xidmətlərin öz qiymətlərinin olması məqsədəuyğundur", Ə.Abbasov vurğulayıb.

Nazir vurğulayıb ki, təkliflər beynəlxalq və şəhərlərarası tariflərin aşağı salınması və abunə ödəmələrinin artırılmasına istiqamətləndirilib.

"Mən bunu qiymət artımı kimi yox, qiymətlərin aşağı salınması kimi qiymətləndirirəm", deyə nazir qeyd edib.

Rabitə nazirliyinin rəhbəri məlumat verib ki, şəhərdaxili danışıqlarda limitlərin tətbiqi yalnız Bakı üzrə nəzərdə tutulub. Pulsuz limit 450 dəqiqə təklif olunub, bu limitin başa çatmasından sonra abunəçi hər danışıq dəqiqəsini ödəməli olacaq.

Bu gün Azərbaycanda hər stasionar telefonun maya dəyəri 3 manat qiymətləndirilir, eyni zamanda aylıq abunə ödəməsi təqribən 70 qəp ölçüsündə müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti