Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Rabitə və İnformasiaya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Ucar rayonunda mərkəzi ATS-nin yenidənqurulması ilə bağlı tenderin vaxtını uzadıb.
Uzadılma tenderdə cəmisi iki şirkətin iştirak etməsi ilə bağlı olub. "Dövlət satınalmaları haqında" qanunun 11-ci maddəsinə müvafiq olaraq əgər iştirakçıların sayı 3-dən aşağıdırsa alıcı müəssisə tenderin keçirilməsindən imtina edir.
Tenderdə iştirak haqqı 1,4 min manat təşkil edir. İştirakla bağlı təkliflər aprelin 26-na qədər qəbul olunacaq. Təkliflərin açılması isə aprelin 27-də baş tutacaq.