...

Azərbaycanın rabitə naziri Tailandda IT sahəsinin inkişafı məsələlərini müzakirə edəcək

Telekommunikasiya Materials 9 Aprel 2007 15:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Tailandın informasiya və kommunikasiya naziri Sittiçay Pookaiyaudomun dəvətilə bu ölkəyə yola düşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazir həmçinin Vyetnamın poçt və rabitə naziri Do Çunq Tanın dəvətilə buraya da səfər edəcək. Səfərlər aprelin 9-dan 14-dək həyata keçiriləcək.

Ə.Abbasov S.Pookaiyaudomla görüşəcək və Tailand investorlarının Azərbaycanın IT sahəsinə cəlb olunması məsələlərini müzakirə edəcək. Nazir Avropa Komissiyasının Cənub-Şərqi Asiya bölgəsi üzrə müvəkkili Fridrix Hamburqla danışıqlar aparacaq, BMT-nin Asiya və Sakit okean hövzəsi üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Kim Huk-Su ilə görüşəcək və Azərbaycanda "Elektron hökumət" layihəsinin reallaşdırılmasını müzakirə edəcək.

Vyetnama səfər çərçivəsində isə Do Çunq Ta ilə görüşdə poçt və telekommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, Vyetnamın təhsil naziri ilə görüşdə Azərbaycan mütəxəssislərinin Vyetnamda treninq-proqramlarda iştirak imkanı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti