...

Turkcell-in gəlirləri təxminən 5 mlrd. dollar təşkil edib

Telekommunikasiya Materials 12 Aprel 2007 13:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Avropanın ikinci ən böyük və Türkiyənin ən böyük mobil operatoru olan Turkcell-in gəlirləri 2006-cı ildə 4,7 mlrd. dollar təşkil edib. Bu barədə cümə axşamı Türkiyə, Xəzər və Qara dəniz regionu, Mərkəzi Asiya və Rusiyanın telekommunikasiya və IT texnologiyaları üzrə "Caspian Telecoms-2007" altıncı regional konfrasında Turkcell-in Şəbəkə əməliyyatları və tənzimetmə şöbəsinin rəhbəri İltər Tərzioğlu məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə penetrasiya (adambaşına düşən mobil telefonların sayı) 70 faiz təşkil edir.

"Fintur Holdings B.V."in səhmdarı olan (səhmlərin 41,45 faizi) şirkət 8,1 mln. dollar məbləğində gəlir əldə edib. 2006-cı ilin sonunda Turkcell-in abunəçilərinin sayı 7,3 mln. təşkil edib, bunun da 2,3 milyonu Azərbaycanın mobil operatoru Azercell Telecom-un payına düşür.

"Fintur Holdings B.V." - Turkcell və TeliaSonera şirkətlərinin birgə müəssisəsidir. TeliaSonera "Fintur"un 58,55% səhminə malikdir, Turkcell-in səhm paketi isə 41,45 faiz təşkil edir. Şirkət Azərbaycanda, Qazaxıstanda (K'Cell), Gürcüstan (Geocell) və Moldovada (Moldcell) fəaliyyət göstərir, həmçinin Ukraynada GSM lisenziyasına malikdir.

Xəbər lenti

Xəbər lenti