...

Nazir: Azərbaycan peyki İnternet şəbəkəsinə informasiya axınını sürətləndirə bilər

Telekommunikasiya Materials 12 Aprel 2007 19:03 (UTC +04:00)
Nazir: Azərbaycan peyki İnternet şəbəkəsinə informasiya axınını sürətləndirə bilər

Azərbaycan,Bakı/müxbir Trend /Azərbacyan BMT-nin informasiya texnologiyaları və inkişaf üzrə Qlobal Alyansın Strateji Şurasının (GAID- Global Alliance for ICT and Development) hesabına 100 min dollar köçürəcək. Bu barədə Azərbacyanın Rabitə və İnofrmasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu barədə alyansın sonuncu iclasında Azərbaycanın Rabitə Nazirlyinin rəhbəri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu gün Qərb dünyasında İnternetin səviyyəsi 80 faiz təşkil edir, Şərqdə bu göstərici 20 faizi keçmir.

Bu, informasiya axını üçüq böyük çətinliklər yaradır. Azərbaycan bu disbalansı orbitə öz rabitə peykini buraxmaqla poza bilər. Ölkə özünün rabitə peykini 2010-cu ilə qədər buraxmağı planlaşdırır. Elektron rabitənin beynəlxalq cəmiyyəti artıq Azərbacyanın təklifini qəbul edib.

Nazir qeyd edib ki, 2008-ci ilə qədər Azərbaycanın bütün məktəbələrinin İnternetə çıxışı olacaq.

Qlobal alyans 2006-cı ilin əvvəlində BMT-nin himayəsində olub. Onun məqsədi Minilliyin İnkişafına çatmaq üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanının daha fəal istifadəsinə nail olmaqdır. Alyansın ilk görüşü 2006-cı ili iyulunda Kuala-Lumpurda keçirilib. Görüş İKT-nin iqtisadiyyatın inkişafı və yoxsulluğun aradan qaldırılmasındakı roluna həsr olunmuşdu.

Xəbər lenti

Xəbər lenti