...

Azərbaycan Ümümdünya Texnoloji Parklar Konfransına dəvət olunub

Telekommunikasiya Materials 13 Aprel 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Beynəlxalq Elmi Parklar Assosiasiyasının 24-cü Ümümdünya Texnoloji Parklar Konfransına dəvət olunub. Görüşlər iyul ayının 2-4-də Barselonada aparılacaq.

Cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, Azərbaycanın konfransda iştirakının məqsədəuyğunluğu araşdırılır.

Konfransın mövzusu "Yaradıcılıq işləri və yaradıcılıq şirkətləri - inkişaf və rəqabət faktorları şəraitində" adlanır. Konfransda elmi parklar üzrə mütəxəssislər, sahibkarlar və bir sıra institutların təmsilçiləri iştirak edəcəklər. Tədbir iştirakçıları innovasiya, inkişaf və qabaqcıl düşüncəli işçilərin rolu məsələlərinə toxunacaqlar.

2006-cı ilin aprelində Azərbaycan regional innovasiya zonalarının yaradılması layihəsi çərçivəsində Rabitə Nazirliyinin simasında IASP-nin assosiativ üzvü olub.

Beynəlxalq Elmi Parklar Assosiasiyası 1984-cü ildə yaradılıb. Argentina, Braziliya, Belçika, Fransa, Portuqaliya, Rumıniya, Rusiya, Lüksemburq, Sinqapur, Böyük Britaniya, Avstriya və digər ölkələrin də daxil olduğu ümumilikdə 66 ölkəni əhatə edir. IASP-nin üzvlərinin ümumi sayı 300-dür.

Xəbər lenti

Xəbər lenti