...

Parisin Apellyasiya Məhkəməsində Maltanın "FİMbank"ının Azərbaycana qarşı iddiasına baxılıb

Telekommunikasiya Materials 4 May 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Parisin Apellyasiya Məhkəməsinin cümə axşamı keçirilən iclasında Parisin yuxarı instansiya məhkəməsinin bir müddət öncə Azərbaycanın xeyrinə çıxartdığı qərara baxılıb. Bu barədə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə hər iki tərəfin versiyalarını dinləyib və sonra bəyan edib ki, məsələyə dair yekun qərar mayın sonunda çıxarılacaq.

Maltanın "FIMbank"ı tələb edir ki, Azərbaycan tərəfi ümumi məbləği 4,5 mln. dollar olan kreditləri qaytarsın. Bankın iddiasına əsasən həmin kreditlər dövlət zəmanəti ilə mövcud olmayan iki Azərbaycan telekommunikasiya şirkətinə verilib. Azərbaycan isə təkid edir ki, belə bir şirkətlər heç vaxt mövcud olmayıb və onlara təminatlar verilməyib.

Parisin yuxarı instansiya məhkəməsinin 2006-cı ilin noyabrında qəbul etdiyi qərara əsasən, "FİMbank" mənəvi ziyana görə Azərbaycan tərəfinə 5 min avro və məhkəmə-prosedur xərcləri üçün 900 avro ödəməli olub. "FİMbank" bu qərarı icra etsə də, onunla razılaşmadığı üçün Parisin Apellyasiya Məhkəməsinə şikayət edib.

"FIMbank" (First International Merchant Bank Ltd.) ilk dəfə iddianı 2004-cü ilin iyulunda Rotterdam və Paris məhkəməsində qaldırıb.

Xəbər lenti

Xəbər lenti