...

Azərbaycan "Poçt üçlüyü-2007"də təmsil olunacaq

Telekommunikasiya Materials 19 May 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Babayeva/Azərbaycan 19-21 iyun tarixində Sankt-Peterburqda keçiriləcək "Poçt üçlüyü-2007" VIII strateji beynəlxalq forum-sərgidə iştirak edəcək.

Şənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata əsasən, "Sankt-Peterburq-2007" filateliya sərgisi və "Poçta üçlüyü-2007" çərçivəsində poçtun gələcək inkişafı üzrə regional konfransda "Azərmarka" DM-in prezidenti İntiqam Bağırlı və Rabitə Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov iştirak edəcək.

Filateliya sərgisində Bağırlı Azərbaycanın müxtəlif - idman, flora, fauna və tarix - poçt markalarını təqdim edəcək.

"Bu, bizim üçün dünya ictimaiyyətini Azərbaycan markaları ilə tanış etmək və həmçinin onların reallaşdırılması baxımından yaxşı imkandır" - deyə nazirlikdən bildirilib.

Azərbaycanda ilk poçt markası 1919-cu ildə Azərbaycan Demokratik Respublikası dövründə nəşr olunub. SSRİ-nin süqutundan və Azərbaycanın müstəqilliyi elan edildikdən sonra markaların nəşri 1992-ci ildən etibarən bərpa olunub. "Azərmarka" ümumilikdə müxtəlif mövzular üzrə 600-dən çox poçt markası nəşr edib.

Azərbaycan görüşdə həmçinin poçt nailiyyətləri barədə məlumat təqdim edəcək. Məmmədov "Elektron aspekti: müasir poçt xidmətlərinin inkişafı üçün yeni texnologiya vasitələri"nin təqdimatı ilə çıxış edəcək. Təqdimata pul vasitələrinin elektron göndərilməsi üzrə məlumat, kopüterləşdirmə, Azərbaycanın poçt şəbəkəsinin müasirləşdirilməsinə istiqamətləndirilmiş Dünya Bankı ilə birgə reallaşdırılan "Maliyyə xidmətlərinin inkişafı" layihəsi daxildir.

Tədbirin təşkilatçıları Rusiyanın Poçt Adminstrasiyası, Beynəlxalq Filateliya Federasiyasının hamiliyi altında Rusiya Filatelistlər Birliyidir.

Nazirlikdən bildirilib ki, tədbirlərdə Beynəlxalq Filateliya Federasiyasının prezidenti Cos Volf, Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko, Ümumdünya Poçt Birliyinin baş direktoru Eduard Dayanın iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti