...

Lerikdəki mərkəzi ATS-in elektronlaşdırılması üçün tender elan edilib

Telekommunikasiya Materials 19 May 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) Lerik rayonundakı mərkəzi ATS-in tamamilə yenidən qurulması üçün tender elan edib.

İB-nin məlumatında göstərilir ki, tenderdə iştirak üçün sənədlər iyunun 22-nə qədər təqdim edilməlidir. Tender təklifləri isə iyulun 3-dən gec olmayaraq verilməlidir. Tenderdə iştirak haqqı min manat təşkil edir.

Tender təkliflərinin açılışı iyulun 4-də Lerik rayon telekommunikasiya mərkəzində olacaq. Yenidənqurma işləri "Elektron Azərbaycan" Dövlət Proqramı və "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti