...

Azərbaycan Global Internet Filtering Conference 2007-də təmsil olunub

Telekommunikasiya Materials 21 May 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Multimedia" mərkəzinin direktoru və Azərbaycan Internet-forumunun prezidenti Osman Gündüz ötən həftə Londonda keçirilən Global Internet Filtering Conference 2007 beynəlxalq konfransında iştirak edib. Bu barədə bazar ertəsi forumun yaydığı məlumatda göstərilib. Görüşün təşkilatçısı kimi OpenNet Initiative beynəlxalq təşkilatı çıxış edib.

Konfransda internet şəbəkəsinə müxtəlif məhdudiyyətlərin qoyulması, onların cəmiyyətə təsiri, dövlət, özəl və vətəndaş cəmiyyətində rolu, informasiya azadlığı və beynəlxalq normaların pozulmasına yönəlmiş "süzülmə" prosesinin qarşısının alınması üçün təşəbbüslər müzakirə olunub.

Mərkəz konfransın illik hesabatında Azərbaycanın hökumətin şəbəkəyə senzura tətbiq etdiyi ölkə kimi göstərilməsini ədalətsizlik hesab edir. Konfransda bildirilib ki, məsələyə bu istiqamətdən yanaşılması düzgün deyil",-deyə məlumatda göstərilib.

Xəbər lenti

Xəbər lenti