Azərbaycan, Bakı / Trend / GSM Qazaxstan (K`sell)- in məlumatında bildirilir ki, "GSM Qazaxstan"ın icraçı direktoru Sərdar Canoğulları "Fintur Holdings"in icraçı direktoru təyin olunub.
Təyinatından əvvəl Sərdar Canoğulları "FINTUR"ün tərkibinə daxil olan bir neçə şirkətin baş direktoru vəzifəsini icra edib. Bu şirlkətlərə "Azəercell Telecom" (Azərbaycan), MoldCell (Moldova) daxildir və Sərdar Canoğulları hazırda "GSM Qazaxstan" (K`sell)- in baş direktoru vəzifəsini daşıyır.
"Fintur Holdings"in keçmiş icraçı direktoru Serkan Elden öz peşəkar karyerasını maliyyəçi kimi davam etdirmək məqsədilə bu vəzifəni tərk edib.
Sərdar Canoğulları İstanbul Texniki Universitetinin Mühəndis Menecmenti fakültəsini bitirib və ABŞ-ın Beynəlxalq San-Dieqo Universitetinin marketinq üzrə MBA dərəcəsini qazanıb.
"Fintur Holdings" şirkətinə 2000-ci ildə gəlişindən əvvəl o, ABŞ-ın bir sıra nəhəng şirkətlərində top-menecer vəzifəsini daşıyıb. "Fintur Holdings" Qazaxıstanın nəhəng mobil operatoru olan "GSM Qazaxstan" (K`sell)- in və Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın mobil operatorlarının əsas təsisçilərindən biridir.