...

Azərbaycan Beynəlxalq Bankı ilin I yarısı üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına dair tender elan edib

Tender müsabiqələri Materials 26 İyul 2011 13:37 (UTC +04:00)
"Azərbaycan Beynəlxalq Bankı" ASC onun və törəmə müəssisələrinin ("Qrupun") 2011-ci ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi ilə açıq tender elan edib.
Azərbaycan Beynəlxalq Bankı ilin I yarısı üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına dair tender elan edib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir N.İsmayılova/

"Azərbaycan Beynəlxalq Bankı" ASC onun və törəmə müəssisələrinin ("Qrupun") 2011-ci ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi ilə açıq tender elan edib. Bu barədə Tender Komissiyasının çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

"Qrupa" "Azərbaycan Beynəlxalq Bankı" ASC və onun törəmə müəssisələri olan "Azərbaycan Beynəlxalq Bankı- Moskva" MMC, "Azərbaycan Beynəlxalq Bankı- Gürcüstan" SC, "Beynəlxalq Sığorta Şirkəti" ASC, "Azərikard" MMC daxildir. Tender proseduru 2011-ci il 09 sentyabr tarixində, saat 15.00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin inzibati binasında, AZ1005, Bakı şəhəri, Nizami küçəsi 67 ünvanda keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı tenderdə iştirak üçün yazılı müraciət, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, iki nüsxədə Azərbaycan dilində tender təklifi, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya) və s.) notarial qaydada təsdiq edilmiş surətləri, iddiaçı hüquqi şəxs olmadıqda onun baş idarəsinin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd, tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq orqanlardan arayış təqdim etməlidir. Tenderdə iştirak haqqı 1000 manat təşkil edir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 2011-ci il 07 sentyabr tarixində saat 18:00-dək, digər tələb olunan sənədləri isə ən geci 2011-ci il 29 avqust tarixində saat 18:00-dək "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təqdim etməlidir.

Tenderin şərtlərinə görə, 2011-ci ilin I yarım ili üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 2011-ci ilin 09 dekabr, 2011-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 2012-ci ilin 01 may tarixlərindən gec olmayaraq təqdim edilməlidir.

Əlaqələndirici şəxs: V.Əhmədov ("Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Daxili audit departamentinin baş mütəxəssis-auditoru). Əlaqə telefon nömrəsi: (+99412) 498-85-36 (14-19), faks: (+99412) 498-85-36 (14-19).

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə Xarici İqtisadiyyat Bankının Azərbaycan şöbəsinin varisi kimi yaradılıb. ABB ölkənin bank sektorunda hakim mövqe tutur. Bankın nizamnamə kapitalında dövlətin payı 50,2 faiz təşkil edir, qalanları özəl hüquqi və fərdi şəxslər arasında bölüşdürülüb.

İyulun 26-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti