...

Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə tender elan edib

Tender müsabiqələri Materials 28 İyul 2011 14:34 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üzrə tender elan edib.
Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə tender elan edib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə tender komissiyasının AMB-nin saytında dərc edilən məlumatında deyilir.

Tenderdə iştirakın qiyməti 200 manatdır. İddiaçıların təklifləri 2011-ci il 01 sentyabr saat 18:00-a qədər qəbul edilir. Tender proseduru sentyabrın 12-də saat 15:00-da AMB-nin mərkəzi bankında olacaq.

Tenderdə iştirak edəcək iddiaçılar təqdim etməlidirlər: tender təklifinin qiymətinin 1 faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 09 dekabr 2011-ci il tarixinədək qüvvədə olması şərti ilə);

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının 2010-cu il üzrə fəaliyyətinin auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanından arayış.

Hazırda Mərkəzi Banka balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üzrə xidmətləri "Paşa Sığorta" təqdim edir.

"Paşa Holdinq"ə daxil olan "Paşa Sığorta" korporativ və fərdi müştərilərə Bakıdakı mərkəzi ofisi, Sumqayıt və Xırdalandakı servis şöbələri vasitəsilə sığortanın 30 növü üzrə xidmət göstərir.

İyulun 28-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti