...

AIMROC "Çovdar" layihəsi çərçivəsində yuyulma zavodunun tikintisi üzrə tender elan edib

Tender müsabiqələri Materials 30 İyul 2011 12:12 (UTC +04:00)
"Azerbaijan International Mineral Resources Operating Company Ltd." (AIMROC) "Çovdar" layihəsi çərçivəsində yuyulma zavodunun layihələşdirilməsi və tikintisi üzrə tender elan edib.
AIMROC "Çovdar" layihəsi çərçivəsində yuyulma zavodunun tikintisi üzrə tender elan edib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

"Azerbaijan International Mineral Resources Operating Company Ltd." (AIMROC) "Çovdar" layihəsi çərçivəsində yuyulma zavodunun layihələşdirilməsi və tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin şənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tenderdə iştirak etmək üçün iddiaçılar xırdalayıcı, konveyer və anbar sistemləri, elektrik enerjisinin istehsalı, eləcə də bəzi yardımçı qurğuların istehsalı sahəsində müvafiq təcrübə və vərdişlərə malik olmalıdırlar. Maraqlanan şəxslər şirkətə müraciət edə bilərlər: ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 49/s (Çıraq Plaza), tel.: 012 561 90 38, faks: 012 561 93 89.

Əlaqələndirici şəxslər: Namiq İbadov ([email protected]) və Anar Abdullayev (aabdullayev @aimroc.com).

Tender təkliflərinin təqdim edilməsi üçün son müddət 26 avqust saat 17:00-dır.

"Azerbaijan International Mineral Resources Operating Co.Ltd (AIMROC) şirkətindən "Qaradağ", "Çovdar", "Göydağ" və "Dağkəsəmən" filiz yataqları və "Köhnə meydan" sahələrinin işlənməsi layihələrinin həyata keçirilməsi nəticəsində 30 faiz gəlir əldə olunacağı gözlənilir. Onlardan mürəkkəb texniki avadanlıqların olmasını tələb etməyən sonuncu yataqda 200-dən 1000 kiloqramadək qızıl ola bilər.

Xəbər lenti

Xəbər lenti