...

Azərbaycan şəhərlərində su təchizatı sistemlərinin tikintisi üzrə tender elan edilib

Tender müsabiqələri Materials 2 Fevral 2012 17:18 (UTC +04:00)
"Azərsu" ASC "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan edib.
Azərbaycan şəhərlərində su təchizatı sistemlərinin tikintisi üzrə tender elan edilib

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir A.Axundov/

"Azərsu" ASC "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.

Azərbaycan hökumətinin iştirak payı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə Qəbələ və Şamaxı şəhərlərində su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisini nəzərdə tutur.

Tender Qəbələ və Şamaxı şəhərləri üzrə ayrılıqda 2 lot üzrə keçirilir. Qaydalara görə, iddiaçılar hər 2 lot üzrə təkliflərini hissə və paketlər şəklində də verə bilərlər.

Təkliflərin qiymətləndirilməsi Dünya Bankının bir mərhələli Tender Proseduruna müvafiq həyata keçiriləcək. Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada (ingilis dilində) təqdim etməli, müsabiqədə iştirak üçün 160 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 1 mart 2012-ci il saat 16:00-a qədər "Azərsu" ASC-yə təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti