...

"Bakı telefon rabitəsi" GPON rabitəsi üçün tender elan edib

Tender müsabiqələri Materials 28 Noyabr 2020 12:58 (UTC +04:00)
"Bakı telefon rabitəsi" GPON rabitəsi üçün tender elan edib

Bakı. Fidan Babayeva - Trend:

"Bakı telefon rabitəsi" MMC GPON birləşmələrində istifadə olunması üçün alət, aksesuar və malların satın alınması üzrə tender elan edib.

Trend-in məlumatına görə, tender bir lot üzrə keçiriləcək.

Tenderdə iştirakın məbləği 300 manat təşkil edib. İştirak etmək arzusunda olanlar dekabrın 16-dək zəruri sənədləri təqdim etməli, təklifəri isə dekabrın 24-dək irəli sürməlidir.

Tender paketlərinin açılması dekabrın 25-də baş tutacaq.

Əlavə məlumatı (+994 12) 4983929 telefon nömrəsindən öyrənmək olar.

Ünvav: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti