...

Əbülfəs Qarayev nazirliyin qarşısında duran əsas vəzifələri açıqladı

Turizm Materials 27 Dekabr 2017 16:26 (UTC +04:00)
Hazırda bizim qarşımızda əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır.
Əbülfəs Qarayev nazirliyin qarşısında duran əsas vəzifələri açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda bizim qarşımızda əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

O bildirib ki, 2017-ci ili maraqlı edən səbəblərdən biri də nazirlikdə struktur dəyişikliklərin aparılmasıdır: “Regional idarələrin formalaşması da bizim üçün önəmli hadisələrdən biridir. Hesab edirəm ki, bu, vaxtında verilmiş bir qərar idi. Hazırda bizim qarşımızda əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır”.

Ə.Qarayev deyib ki, 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası keçiriləcək.

Teatr, muzey, nəşriyyat, kitabxana işi, qoruqların fəaliyyəti və s. sahələrin inkişafını səciyyələndirən amillərdən bəhs edən nazir qeyd edib ki, 2018-ci ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətlərin səviyyəsinin günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti