...

Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

Turizm Materials 14 Aprel 2019 16:00 (UTC +04:00)
Aprelin 15-də Almatıdakı "Kazjol" otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək
Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

Bakı. Trend:

Aprelin 15-də Almatıdakı "Kazjol" otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək.

Trend-in məlumatına görə, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və "Milli şirkət "Kazakh Tourism" Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir.

Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır.

Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal "B2B" formatında danışıqları nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti