...

İsveç Aİ üzvü olmayan 14 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verdi

Turizm Materials 3 İyul 2020 06:00 (UTC +04:00)
İsveç Aİ üzvü olmayan 14 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verdi

Bakı. Trend:

İsveç höküməti Avropa İttifaqına üzv olmayan 14 ölkənin vətəndaşlarına bu ölkəyə gəlmə məhdudiyyətlərinin yumşaldılmasını elan edib.

Trend-in məlumatına görə, bu siyahıya Əlcəzair, Avstraliya, Gürcüstan, Yaponiya, Kanada, Mərakeş, Monteneqro, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildirlər.

Qəbul edilən qərara əsasən qeyd olunan ölkələrin vətəndaşları İsveçə hər istənilən məqsədlə daxil ola bilərlər.

Ölkədə xarici qonaqlar üçün heç bir karantin tədbiri tətbiq edilməyib, lakin bütün müsafirlər koronavirusdan qorunma və sağlamlığın təhlükəsizliyi təlimatlarına uyğun sosial məsafəni saxlamalı və müəyyən saatlarda ictimai nəqliyyatdan istifadə etməməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti