...

Regional turizm idarələrinin fəaliyyət istiqamətləri açıqlanıb

Turizm Materials 14 Fevral 2023 11:29 (UTC +04:00)
Regional turizm idarələrinin fəaliyyət istiqamətləri açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Regional turizm idarələri fəaliyyət göstərdiyi region üzrə turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Dövlət Turizm Agentliyinin struktur vahididir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildiriblər.

Qeyd edilib ki, idarə fəaliyyət göstərdiyi regionda turizm sahəsinə aid olan dövlət proqramları və inkişaf konsepsiyalarını həyata keçirəcək.

"Həmçinin regional turizm idarələri ərazisində fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini təmin etmək, turistlərin marağına səbəb olan turizm məhsulları yaratmaq, regionun maddi və qeyri-maddi mədəni, təbii irsinin qorunmasına töhfə verən və onlardan səmərəli istifadə məqsədi ilə tədbirlər görmək, turizm sahəsi üzrə kadr potensialının artırılması məqsədilə işlər görmək kimi istiqamətlərdə turizmin inkişafına yönəlmiş kompleks tədbirləri həyata keçirmək üzrə fəaliyyətləri icra edəcək", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanına əsasən Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılacaq:

1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;

1.2. Gəncə Regional Turizm İdarəsi;

1.3. Şəki Regional Turizm İdarəsi;

1.4. Lənkəran Regional Turizm İdarəsi;

1.5. Mingəçevir Regional Turizm İdarəsi;

1.6. Quba Regional Turizm İdarəsi;

1.7. Qarabağ Regional Turizm İdarəsi;

1.8. İsmayıllı Regional Turizm İdarəsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti