...

ABŞ-da plastik emalı zavodunda yanğın olub

Turizm Materials 12 Aprel 2023 08:51 (UTC +04:00)
ABŞ-da plastik emalı zavodunda yanğın olub

Bakı. Trend:

ABŞ-ın Riçmond şəhərində (İndiana ştatı) plastik emalı və saxlama zavodunda yanğın olub.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Fox 59" telekanalı məlumat yayıb.

Məlumata əsasən, Ueyn dairəsinin Fövqəladə Hallar Agentliyi yanğının baş verdiyi əraziyə yaxın olan evlərdə yaşayan təxminən 2 min sakinin təxliyyəsi barədə göstəriş verib.

Yanğınsöndürənlər zavodun ərazisində yerləşən propan çənlərinin partlama riskinin olduğunu qeyd edirlər.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti