Bakı. Trend:
İsrail ordusunun blokada altında saxlanılan Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya kəndinə endirdiyi hücumlar nəticəsində azı 10 fələstinli həyatını itirib.
Trend Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin əsgərləri qaçqınların yerləşdiyi yaşayış binasını partladıblar və bunun nəticəsində azı 10 nəfər həlak olub.
Daha əvvəl, oktyabrın 25-də İsrail Hərbi Hava Qüvvələrinin Beyt Lahiyaya endirdiyi hücum zamanı 20 nəfərin həyatını itirdiyi, bir neçə nəfərin isə yaralandığı bildirilmişdi. Sonrakı hücumlarda isə İsrail təyyarələri iki yaşayış binasına bir neçə zərbə endirib.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağından İsrail ərazisinə daxil olaraq sərhədyanı yaşayış məntəqələrinin sakinlərini öldürüb və bir sıra əsirləri girov götürüb. Bu hadisələrdən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib və İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək, eləcə də girov götürülənlərin hamısını azad etmək məqsədi ilə Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayıb.