Bakı. Trend:
Fransa kontingentinin Kot d`İvuardan çıxarılması bu ölkədə ona ehtiyac olmadığını nümayiş etdirir.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda bildirilir.
“Moskva hesab edir ki, Fransa hərbi kontingentinin çıxarılması Kot d`İvuarda ona artıq ehtiyac olmadığını göstərir. Bu ölkənin hakimiyyəti 1893-cü ildən burada mövcud olan xarici hərbi qüvvələrin xəyali “dəstəklərinə” ehtiyac duymur. Bu qərar, ümumiyyətlə, Qərbi Afrikanın frankofon ölkələrində müşahidə olunan ümumi proseslərə uyğun gəlir. Bu ölkələrin əhalisi keçmiş metropoliya dövlətinin genişmiqyaslı hərbi mövcudluğuna getdikcə daha tənqidi yanaşır”, - deyə bəyanatda vurğulanır.
Nazirlikdən əlavə edilib ki, Fransa, Qvineya körfəzindəki ən iri hərbi bazası olan Port-Buenin 2025-ci ildə Kot d`İvuar hakimiyyətinə təhvil verilməsi üçün hazırlıqlara başlayıb.